Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 15:30
Bosniya və Herseqovina serblərinin keçmiş komandanı Ratko Mladiç Haaqada xəstəxanaya yerləşdirilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə onun oğlu Darko Mladiç bildirib.
O, həkimlərin atasına ümumi zəiflik, pnevmoniya və ürəyin zəifləmiş funksiyaları diaqnozu qoyduğunu bildirib. Radko Mladiçin səhhətindəki problemin ciddi olduğunu bildirilib.
Qeyd edək ki, 79 yaşı olan Radko Mladiç 2011-ci ildə həbs edilərək Haaqaya ekstradisiya edilib. O, Sarayevonun mühasirəsi zamanı müharibə cinayətləri və soyqırımı törətməkdə, həmçinin Srebrenitsa qətliamı ilə əlaqəli olmaqda təqsirli bilinib.