Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qətər, ABŞ-ın İrana qarşı sanksiyalarını sərtləşdirmək qərarı ilə bağlı narazılığıni bildirib

Qətər, ABŞ-ın İrana qarşı sanksiyalarını sərtləşdirmək qərarı ilə bağlı narazılığıni bildirib

Tarix: 2 May 2019 02:08

Bakı. Trend:

Qətər, ABŞ-ın İrana qarşı neft sanksiyalarını sərtləşdirmək qərarı ilə razı deyil.

Trend-in məlumatına görə, bu barədə Qətərin xarici işlər naziri Məhəmmhə ben Abdel Rəhman əl Tani deyib.

Onun sözlərinə görə, sanksiyaların genişləndirilməməlidir, çünki bu, İran neftindən istifadə edən ölkələrə mənfi təsir edir:

"Qətərdə biz hesab etmirik ki, birtərəfli sanksiyalar üçün dialoq yolu ilə və yalnız dialoq yolu həll edilməli olan böhranlara müsbət təsir edəcəkdir".

Qeyd edək ki, ABŞ ötən ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edən zaman bir sıra ölkəyə (Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya və Türkiyə) yarım il ərzində İran neftini almağa icazə vermişdi. Donald Tramp İrana qarşı sanksiyalarla həmin ölkələrə tətbiq edilən istisnanı maydan uzatmayacağını bəyan edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qətər ABŞ İrana qarşı sanksiyalarını sərtləşdirmək qərarı ilə bağlı narazılığıni bildirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ