Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Üç uşağını da qoyub, Rusiyadan qaçıb"

Tarix: 11 Sentyabr 2022 18:14

Rusiyanın Xalq artisti Çulpan Xamatovanın altı ay əvvəl ölkəsindən getməsi ilə bağlı bəzi məqamlar ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Latviyada yaşamağa başlayan aktrisa Riqada dəbdəbəli ev satın alıb. Məlum oldu ki, sənətçi üç qızını Moskvada qoyub.

"Xamatova evini, ailəsini düşünmədən Riqaya getdi. Əşyalarını belə götürmədi. Dostları ona bəzi şeyləri sonradan göndərdi" deyə, teleaparıcı Kirill Nabutov bildirib.

Onun sözlərinə görə, bu cür tələskənliyin nədən qaynaqlandığı məlum deyil. "Qızları Latviyaya sonradan gediblər" deyə, Nabutov əlavə edib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qoşun yeritməsindən sonra bir çox tanınmışların Rusiyanı tərk etmək istədikləri barədə xəbərlər gündəmə gəlib.

Milli.Az


Etiketlər:  Üç uşağını da qoyub Rusiyadan qaçıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ