Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2022 13:00
İsveçrə sakinlərinə evin temperaturu 19 dərəcədən çox olan qonşulardan şikayət etməyə çağırş edilib.
Sonxeber.net bildirir ki, müvafiq ictimai xidmət elanı sosial şəbəkələrdə yayılıb.
Qeyd olunur ki, anonim mesajlara görə "İsveçrə Vətəndaş Cəmiyyəti" vətəndaşlara 200 frank (təxminən 210 dollar) ödəyəcək. "Qonşunuz evini 19 dərəcədən çox qızdırıb? Zəhmət olmasa bizə məlumat verin. Anonim olaraq. 200 frank mükafat", - təşkilatın elanında deyilib.
Bundan əvvəl məlum olub ki, qarşıdan gələn qışda ölkədə qaz qıtlığı yaşayan, hökumətin göstərişlərini pozan və evlərini 19 dərəcəyə qədər qızdıran isveçrəliləri cərimə və 3 ilə qədər həbs gözləyir.
İrfan Vəliyev