Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çavuşoğlu növbəti dəfə Yunanıstana xəbərdarlıq etdi

Çavuşoğlu növbəti dəfə Yunanıstana xəbərdarlıq etdi

Tarix: 12 Sentyabr 2022 13:08

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstana xəbərdarlıq edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Mövlud Çavuşoğlu Ankarada "Sakarya Meydan Muharebesi ve Haymana Sempozyumu"nda çıxışı zamanıı bildirib.

"Biz Egeyin iki tərəfində qonşuluq haqlarına hörmət etməyə çalışdığımız zamanda Yunanıstan hələ qaşımağa, qaşınmağa davam edir. Başqalarının hesabına macəraya qatılsanız, keçmişdə olduğu kimi bu gün də nəticələrinə qəbullanmalısınız. Bu qonşumuz Yunanıstan üçün bir siqnaldır. Hər kəs ağlını başına yığsın, xüsusilə də Yunanıstana deyirik: "Başqalarının maşası olmayın, təhriklərə davam etməyin çünki Türkiyənin dostluğu möhkəm, qəzəbi isə vahiməlidir. Bunu ağlınızdan çıxarmayın".

Milli.Az


Etiketlər:  Çavuşoğlu növbəti dəfə Yunanıstana xəbərdarlıq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ