Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İşçinin kor olduğunu 4 il sonra bildilər

İşçinin kor olduğunu 4 il sonra bildilər

Tarix: 12 Sentyabr 2022 18:20

Amerikalı Krosbi Medlikott artıq 4 ildir "Microsoft" işləyir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, o, özü etiraf edənə qədər onun görmə qabiliyyətinin olmaması heç kimin ağlına da gəlməyib.

İrsi xəstəlik səbəbindən 30 yaşına qədər kişi tamamilə kor olub. O, "Microsoft"da texniki vəzifə üçün şəxsi müsahibəyə hazırlaşmağa bir ay sərf edib.

Krosbi təqdimatındakı slaydlarda hər sözün və diaqramın yerini yadda saxlayıb.

"Müsahibəyə 2 saat əvvəl gəldim, mebelin yerini, ekrana qədər olan məsafəni öyrəndim və naqilləri yoxladım", - deyə proqramçı bildirib.

Təqdimat uğurlu alınıb və onu işə qəbul ediblər.

Bir müddət sonra proqramçı özünəməxsusluğu barədə müdirini məlumatlandırıb. Menecer şoka düşüb, amma bundan sonra Krosbiyə daha böyük rəqbət bəsləməyə başlayıb. Proqramçı etirafından sonra hətta kadrların yüksəldilməsi və təlimində də fəal iştirak etməyə başlayıb.

Milli.Az


Etiketlər:  İşçinin kor olduğunu 4 il sonra bildilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ