Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İti aldı, sonra onu ət üçün satdı

İti aldı, sonra onu ət üçün satdı

Tarix: 12 Sentyabr 2022 19:08

Çin sakini labrador cinsindən olan iti alıb, bir neçə gün sonra onu ət üçün satıb. O, həmçinin iti xilas etmək üçün keçmiş sahibindən pul tələb edib.

Milli.Az bildirir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Çinin Şençjen şəhərinin Çen adlı qadın sakini ev heyvanı Duobao adlı iki yaşlı labradora qulluq etmək üçün kifayət qədər vaxtının olmadığını bildirib. O, internetdə itə yeni sahib tapmaq haqqında elan yerləşdirib. Onunla Hoyçjou şəhərindən olan bir kişi əlaqə saxlayıb və heyvanı götürmək istədiyini söyləyib. Kişi niyyətinin sübutu olaraq heyvanın sahibinə 8,8 yuan (1,25 dollar) göndərib. Kişi Çeni inandırıb ki, Duobaoya yaxşı baxacaq və o, iti ona verib.

Bundan sonra kişi keçmiş sahibinə Duobaonun yeni evə necə uyğunlaşdığına dair video göndərəcəyini vəd etsə də, ünsiyyətini dayandırıb. Tezliklə qadın ondan Duobaonu Guansi-Çjuan Muxtar Bölgəsində it əti alverçilərinə satdığını bildirən mesaj alıb. Fırıldaqçı itin sağ-salamat qaytarılması üçün günün sonuna qədər ondan beş min yuan (730 dollar) ödəməsini tələb edib.

Çinli qadın kişiyə pul göndərməyib və onun evinə gedib, ancaq yerindəcə boş qəfəslər tapıb. Daha sonra qadın polisə gedib və orada ona fırıldaqçının ilk qurbanı olmadığını deyiblər. "Jimu" nəşrinə müsahibədə kişi etiraf edib ki, Duobaonu götürdükdən bir neçə gün sonra bir tacirə satıb. Eyni zamanda o, Çendən pul tələb etdiyini təkzib edib. "Bu mənim itimdir. Özüm üçün götürdüm. Onu satmaq qərarı normaldır", - deyə o vurğulayıb.

Duobaonun taleyi hazırda məlum deyil. Hüquq-mühafizə orqanlarının dələduzla bağlı hər hansı tədbir görüb-görmədiyi barədə də məlumat verilmir. "Humane Society International"ın məlumatına görə, dünyada hər il təxminən 30 milyon it insan istehlakı üçün kəsilir ki, bunun da 10 milyonu Çində baş verir.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  İti aldı sonra üçün satdı


RƏYLƏR