Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Borrel Kuleba ilə Ukrayna ordusunun əks-hücumunu müzakirə edib

Borrel Kuleba ilə Ukrayna ordusunun əks-hücumunu  müzakirə edib

Tarix: 13 Sentyabr 2022 08:48

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel arasında telefon danışığı baş tutub.

Milli.Az "Report"a istinadən bildirir ki, Ukrayna xarici işlər naziri qeyd edib ki, Borrel ona zəng edərək yeni əraziləri Rusiya işğalından azad edən Ukrayna müdafiə qüvvələrinə heyranlığını və hörmətini ifadə edib.

Borrel isə qeyd edib ki, Kuleba ilə Ukraynanın ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum əməliyyatının təşviqedici irəliləyişini müzakirə etdiyini bildirib.

"Avropa İttifaqının dəstəyi fasiləsiz davam edəcək, strategiyamız işləyir: Ukraynaya müqavimət göstərməyə kömək edin, Rusiyaya sanksiyalarla təzyiq göstərin və bütün dünyada tərəfdaşları dəstəkləyin" - deyə, o əlavə edib.

Milli.Az


Etiketlər:  Borrel Kuleba ilə Ukrayna ordusunun əks hücumunu müzakirə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ