Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oğuzda avtomobillə vurulan gənc Bakıya gətirilib

Oğuzda avtomobillə vurulan gənc Bakıya gətirilib

Tarix: 13 Sentyabr 2022 09:00

Oğuzda 17 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb.

2005-ci il təvəllüdlü Tağızadə Rövşən Rəşad oğlu velosipedlə hərəkətdə olarkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

Milli.Az


Etiketlər:  Oğuzda avtomobillə vurulan gənc Bakıya gətirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ