Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2019 05:12
Bakı. Trend:
Tezliklə, Portuqaliyaya gələn və mağazaya gedən turistlər, plastik torbalar və ya birdəfəlik qida konteynerlərindən istifadə edə bilməyəcəklər.
Trend-in məlumatına görə, Yaşıllar Partiyası parlamentə meyvə, tərəvəz və çörək üçün nəzərdə tutulan sellofan qablaşdırmalardan imtina etməsi barədə qanun layihəsini təqdim etdi. Deputatlar qanun lahiyəsini birinci oxunuşda artıq qəbul ediblər.
Bütün mağazalar emal üçün praktiki olaraq qeyri-mümkün olan yüngül plastik qablaşdırma üçün ekoloji bir alternativ tapmalıdır.
Qeyd edəkl ki, 2021-ci ildə Avropa Birliyi bəzi birdəfəlik plastik məmulatların satışına qadağa qoyacaq.
Qadağa olunan məmulatların sırasına bütün plastik qablar, içkilər üçün çöplər, birdəfəlik qida konteynerləri və digər plastik məmulatlar daxildir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin