Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəstəxanadan kəsilmiş ayağını götürməyən ispaniyalını cərimə gözləyir

Xəstəxanadan kəsilmiş ayağını götürməyən ispaniyalını cərimə gözləyir

Tarix: 13 Sentyabr 2022 09:22

İspaniyada xəstəxanadan amputasiya edilmiş ayağını götürməyən yerli sakini 1500 dollar həcmində cərimə gözləyir.

Belə ki, tibb müəssisəsi adı açıqlanmayan xəstədən on gün ərzində amputasiya edilmiş ayağını götürməyi və ya onun xaric edilməsi üçün ödəniş etməyi tələb edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, klinikadan verilən məlumata görə, həkimlər bir neçə ay ərzində xəstə ilə əlaqə saxlamağa çalışsalar da, o, telefonu götürməyib.

Xəstəxananın nümayəndələri əlavə ediblər ki, vəziyyət belə davam edərsə, artıq bu məsələ ilə səlahiyyətli orqanlar məşğul olacaq.


Etiketlər:  Xəstəxanadan kəsilmiş ayağını götürməyən ispaniyalını cərimə gözləyir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ