Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2022 21:48
İslam qaydasıyla kəsilmiş ətdə XƏRÇƏNGƏ TUTULMAQ RİSKİ AZDIR - Fransa onkoloqu
"Kəsilən heyvanın daha çox qanını buraxmaqla ətin toksikliyi də bir o qədər çox azalır..."
Alimlər İslam və yəhudi dini(iudaizm) tərəfindən təyin edilmiş üsullarla kəsilmiş heyvanların ətinin yeyilməsindən xərçəngə tutulma ehtimalının az olması qənaətinə gəlməkdədirlər.
Bu haqda Fransanın "France 2" telekanalına müsahibəsində dünya şöhrətli onkoloq, Paris xəstəxanalarından birinin onkologiya şöbəsinin baş həkimi, professor David Hayat danışıb.
Onkoloq qırmızı ətin bir sıra xəstəliklərin "günahkarı" olduğunu, ürək-damar xəstəliklərini və xərçəng riskini artırdığını bildirib. Tibb alimi ətin qırmızı rənginin tərkibində oksigenin ciyərlərdən toxumalara çatdırılmasında məsul olan "hemoqlobin" adlanan bir proteinin olması ilə ilə izah olunduğunu xatırladıb.
"Hemoqlobinin tərkibində dəmir var. Bu dəmir molekülü isə bir kanserogendir(xərçəng törədə biləndir). Beləliklə, demək olar ki, kəsilən heyvanın daha çox qanını buraxmaqla ətin toksikliyi də bir o qədər çox azalır. Maraqlıdır ki, İsraillilər və müsəlmanlar "koşer" və "halal" adlanan ət kəsimi qaydaları ilə bunu edirlər. Bəlkə də həmin ritualların mənası məhz bundadır ", - deyə məşhur onkoloq-professor vurğulayıb.