Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2022 09:18
İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı impiçment prosedurunun başlaması tələbi ilə aksiya başlayır.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər ki, 44 günlük müharibədə ölən hərbçilərin qohumları və digər ölkə vətəndaşları səhər saatlarından parlament binası qarşısında toplaşmağa başlayıb.
Parlament binasının xidməti girişinə çox sayda polis əməkdaşı cəlb olunub. Ümumilikdə binanın yerləşdiyi küçə polis tərəfindən əhatəyə alınıb.
Xatırladaq ki, İrəvanda dünən axşam saatlarında da parlament binası qarşısında mitinq təşkil edilib.