Tarix: 29 Sentyabr 2019 22:16
"Hər iki komandada gərginlik vardı, bunu əsasən də ikinci hissədə öz komandada gördüm. Fasilədə taktiki gedişlərdə bəzi dəyişiklik etdik, bunun da bəhrəsini gördük".Qol.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 6-cı turunda bu gün "Zirə" ilə keçirilən oyundan (2:0) sonra mətbuat konfransında deyib.
- Yaxşı oyun göstərərək, vacib 3 xal qazandıq. Hər iki komandanın ifasında yaxşı oyun oldu. Daha istəkli, daha yaxşı oyun göstərmək istəyirik. Futbolçuları təbrik edirəm.
- Futbolçular naharda nə yemişdilər?
- Biz komandamızı sözlə motivasiya edirik. Bu motivasiyanın da əsası odur ki, biz heç kimdən zəif deyilik.
- Deyəsən, bu sxemlə ilk dəfə çıxış edirdiz.- Həftə ərzində məşqlərə baxıb, futbolçuları analiz edirik. Artıq komandada rəqabət var. Ruslan Qurbanovun təcrübəsindən istifadə edib, hücumun sonluğunu gətirmək üçün belə üsula əl atmışdıq.