Tarix: 29 Sentyabr 2019 22:32
"
Oyunun ilk dəqiqələrdən aqressiv keçəcəyi bəlli oldu. Həmin o aqressiyada, top uğrunda mübarizə aparmaq baxımından rəqibə uduzduq".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 6-cı turunda bu gün "Keşlə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 0:2 hesablı məğlubiyyəti belə şərh edib: "Nəticə göz qarşısındadır, xal itirdik. Düzü, söz tapmıram. Sadəcə, rəqibi təbrik edirəm. Deyiləcək başqa bir söz yoxdur. Günahkar axtarmayacağıq. Bu problemləri aradan qaldırmaq lazımdır. Sırf futbolçular və digər şəxslər deyə ayırmaq istəmirəm".
S.Abasov beş müdafiəçi ilə oynamalarının səbəbini də izah edib: "Hər oyunda sistem dəyişmək düzgün deyil. Oyun ərzində dəyişiklik ola bilər. Heç kim zəmanət vermirdi ki, biz 4 müdafiəçi ilə oynasaydıq, hücumda çoxala bilərdik, qələbə qazanardıq".