Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2022 19:26
Avropa Liqasının qrup mərhələsinin II turunun "Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlamayacaq.
Bu barədə məlumatı Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə verib.
O bildirib ki, Azərbaycan - Ermənistan sərhədində dünyasını dəyişən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad olunması üçün UEFA-ya göndərilən müraciətə cavab gəlib. Qitə futbol qurumu avrokubok görüşündə belə addım atılmasına icazə verməyib: "Bizə UEFA-dan cavab gəldi ki, narahatlığınızı başa düşür, anlayışla qarşılayırıq. Lakin bu məsələ futbolla bağlı olmadığı üçün icazə verə bilmərik".
Qeyd edək ki, "Qarabağ" - "Nant" matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.