Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çempionlar Liqası: Mahir Emreli ehtiyatda qalıb, komandası "Milan"a uduzub

Çempionlar Liqası: Mahir Emreli ehtiyatda qalıb, komandası

Tarix: 14 Sentyabr 2022 22:46

UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun daha 2 oyunu keçirilib.

Milli.Az "report"a istinadən bildirir ki, E qrupunda Azərbaycan millisinin futboçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası İtaliyada "Milan"ın qonağı olub. Görüş Zaqreb təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Meydan sahiblərindən qolları 45-ci dəqiqədə penaltidən Olivye Jiru, 47-ci dəqiqədə Aleksis Salemakers və 77 -ci dəqiqədə Tommaso Pobeqa vurublar. Qonaqlardan isə 56-cı dəqiqədə Mislav Orşiç fərqlənib. Emreli Zaqrebdə İngiltərənin "Çelsi" klubunu 1:0 hesabı ilə məğlub etdikləri ilk tur matçında olduğu kimi, bu dəfə də ehtiyatda qalıb.

Digər oyun F qrupunda Ukraynanın "Şaxtyor" (Donetsk) və Şotlandiyanın "Seltik" komandaları arasında olub. Görüşdə qalib müəyyənləşməyib - 1:1.

Çempionarl Liqası

Qrup mərhələsi, II tur

14 sentyabr

E qrupu

23:00. "Çelsi" (İngiltərə) - "Zaltsburq" (Avstriya)

20:45. "Milan" (İtaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:1

Qollar: Olivye Jiru, 45 (penalti). Aleksis Salemakers, 47. Tommaso Pobeqa, 77 - Mislav Orşiç, 56

Xal durumu: "Milan" - 4 (2 oyuna), "Dinamo" - 3 (2 oyuna), "Zaltsburq" - 1, "Çelsi" - 0

F qrupu

20:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Seltik" (Şotlandiya) - 1:1

Qollar: Mixail Mudrik, 29 - Reo Hatate, 10

23:00. "Real Madrid" (İspaniya) - "Leyptsiq" (Almaniya)

Xal durumu: "Şaxtyor" - 4 (2 oyuna), "Real Madrid" - 3, "Seltik" - 1 (2 oyuna), "Leyptsiq" - 0

Qeyd edək ki, II turun son 7 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Çempionlar Liqası Mahir Emreli ehtiyatda qalıb komandası Milana uduzub


RƏYLƏR