Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeznəsinə zorla ərə verilən qadınla bağlı açıqlama verilib

Yeznəsinə zorla ərə verilən qadınla bağlı açıqlama verilib

Tarix: 15 Sentyabr 2022 21:30

Yardımlı rayonu Arvana kənd tam orta məktəbin direktoru vəzifəsində işləyən İsayev Kamran Abasxan oğlu ilə bağlı müxtəlif mətbuat orqanlarında yayılan məlumatla bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, idarədən verilən məlumata görə, araşdırma zamanı direktor İsayev Kamran Abasxan oğlu mətbuatda onun haqqında yer alan məlumatın həqiqəti əks etdirmədiyini və ona böhtan atıldığını bildirmişdir.

Hadisə ilə bağlı aidiyyəti qurumlar araşdırma aparır. Hər hansı yeni məlumat olarsa, bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək.

***

"Yardımlı rayonundan bir nəfər qadın uşağı ilə ayaqyalın qaçıb Bakıya gəlib. Səbəb sap sağlam olan bacısının  mövcud əri onunla evlənməyə məcbur edib və ailəsi də bu izdivacda həmin "ərə" yardım üçün ata və qardaşda məcbur etmədə iştirak edib".

Bunu "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz Facebook hesabında bildirib.

Sözügedən paylaşımı təqdim edirik:

"Demək gedib qızın xəbəri olmadan kəbin kəsdirib və deyib ki, sən mənim kəbinli aravdımsan. "Ər" qızı boğaraq onun zorla onda ərdə olamsını tələb edib. Maraqlı bilrisiz nədir?  Orta əsirlər qaydalarını icra edən gələcək "ər" Arvana kənd məktəbinin direktorudur.  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mümüknsə bu direktorla məşğul olun. Əgər bu belədirsə həmin məktəbdə orta əsr adətlərinin mövcud olması qaçılmazdır.
Keçək ikinci məsələyə Yardımlı polis əməkdaşı ( adını bilmirəm) Mənə zəng vrudu və Sizdə yardımlı vətəndaşı varmı. Bildirdik ki, var. Dedi həmin "ər" gəlib qızı götürmək istəyir. Xəbərdarlıq etdim ki, yeri qətiyyən bildirməyin. Üstündən 3 saat keçməmiş bizim bu polis əməkdaşı bütün nəsli yanına alıb gəlib qapıya. Hələ tələb də qoyur ki, qızı qardaşı, əri aparacaq. Əməkdaş polisə yeri bildirməmək kimi məsuliyyətlə bağlı məlumatlandırıldığını bildirsə də, cavab adam axtarışı verilib, gətirməliydim. Qardaş polisin yanında hədə qorxu gəlib əməkdaşmıza, amma polis hədənin qarşısını almayıb.  

Bu arada Binəqədi rayon Polis idarəsinin Xidmət üzrə müavini polis polkovnik-leytenantı Axundov Vüsal Həsən oğluna minnətdalıq edirik ki, qadına dərhal ilkin yardım göstərib. Qida, ayaqqabı həm uşağa həmq adına alıb və sığınacağa istiqamətləndirib.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Xahiş edirik, orta əsir qaydalarını dəstəkləyən polislə bağlı ölçü götürün. Yeri gəlmiş qadının və uşağının sənədləri girov saxlanılıb və həmin sənədlər mümkünsə alınıb verilsin şəxsin özünə.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi belə başa düşdüm ki, Yardımlı rayonunda davamlı monitorinqə ehtiyac var. Əgər belə orta əsr qaydaları tətbiq edilirsə...".

Milli.Az


Etiketlər:  Yeznəsinə zorla ərə verilən qadınla bağlı açıqlama verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ