Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qələbəni ordumuza və şəhidlərimizə həsr edirəm” - Qurban Qurbanov

“Qələbəni ordumuza və şəhidlərimizə həsr edirəm” - Qurban Qurbanov

Tarix: 15 Sentyabr 2022 22:52

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda evdə "Nant"a qalib gəldikləri matç (3:0) barədə danışıb.

O, görüşdən dərhal sonra "CBC Sport"a açıqlamasında deyib:

"Oyun haqqında çox danışmaq olar. Çünki fərqli hissələr oldu. Bizim üçün çox vacib idi ki, ilk hissədə intizamlı oynayaq. Rəqibin yaxşı hücumları var idi. Ehtiyyatlı olmalı idik. Çünki rəqibin bacarıqlı oyunçuları vardı. Onlar ustalıqlarından istifadə edirdilər. Hər bir halda çox maraqlı bir qələbə oldu. Çünki belə böyük komandaya 3:0 hesabı ilə qalib azarkeşləri həvəsləndirir. Hamını təbrik edirəm. İkinci hissədə sürəti artırmaq istəyirdik. Ramil oyuna sonradan çıxanda aktiv olur. Buna ehtiyac var idi. 2-ci hissədə sürətin artması vacib idi. Ona görə də ikinci hissədə Ozobiçlə Ramili əvəzlədik. Qələbəni ordumuza və şəhidlərimizə həsr edirik. Günorta saatlarında çox üzüldük. Bəlkə də bu, oyunda da hiss olunurdu. Hamı qalib gəlmək istəyirdi. Hamı qorxurdu ki, birdən səhv edərik".

Milli.Az


Etiketlər:  Qələbəni ordumuza şəhidlərimizə həsr edirəm Qurban Qurbanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ