Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2022 19:02
Rusiya qoşunlarının qarşısında Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərini itirməmək vəzifəsi var.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert İvan Stupak deyib.
O hesab edir ki, işğalçıların yeganə ümidi payız-qış dövrünədir və Rusiya yazda yenidən böyük hücumlara başlaya bilər:
"Müəyyən istiqamətlərdə bəzi əks-hücum cəhdlərini istisna etmirəm, cəbhənin dar hissələrində onlar hələ də irəli gedə bilərlər. Lakin onların əsas vəzifəsi indi ələ keçirdiklərini qoruyub saxlamaqdır və buna böyük ümid bəsləyirlər", - deyə o bildirib.