Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2022 19:26
Beynəlxalq Cinayət Məhkəməsi 2008-ci il Rusiya-Gürcüstan müharibəsinə görə 3 nəfər barəsində axtarış elan edib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, həmin 3 nəfər, Cənubi Osetiyalı 46 yaşlı Hamlet Quçmazov, Şimali Osetiyadan olan 66 yaşlı Mixail Mindzayev və Tsxinvalidən olan 45 yaşlı David Sanakoevdir. H. Quçmazov 2008-ci ildə istintaq təcridxanasının rəisi olub. Sanakoev isə həmin ildə faktiki prezidentin insan hüquqları üzrə müvəkkili vəzifəsində çalışıb.
Hər üç şəxs 2008-ci il müharibəsində cinayətlər törətməkdə ittiham olunurlar. Belə ki, onlar qanunsuz həbslər, girov götürmə, işgəncə, əsirlərlə qeyri-insani rəftar, şəxsi ləyaqətə qarşı təhqirlər və s cinayətlrədə təqsirli bilinirlər.
Onların saxlanılması üçün Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən qırmızı bülletenlə axtarış elan olunub.