Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna Ordusu Rusiyanın bu istiqamətlərdə hücumlarını dəf etdi

Ukrayna Ordusu Rusiyanın bu istiqamətlərdə hücumlarını dəf etdi

Tarix: 17 Sentyabr 2022 12:06

Ukrayna Silahlı Qüvvələri 5 yaşayış məntəqəsi istiqamətində Rusiya hərbçilərinin hücumlarını dəf edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

Bildirilib ki, Rusiya ordusu Xarkov, Slavyansk, Kramatorsk, Baxmut, Cənubi Buq istiqamətlərində tanklardan, minaatanlardan və artilleriyadan atəş açıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edib ki, Rusiya təkcə Cənubi Buq istiqamətində 26-dan çox yaşayış məntəqəsini atəşə tutub: "Düşmənin canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 9 məntəqə, həmçinin 3 dayaq məntəqəsi və zenit-raket komplekslərinin 2 mövqeyi məhv edilib".

Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri müxtəlif istiqamətlərdə bir "Su-24" təyyarəsini, üç qanadlı raketi və bir politosuz uçuş aparatını məhv edib.

Milli.Az


Etiketlər:  Ukrayna Ordusu Rusiyanın istiqamətlərdə hücumlarını dəf etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ