Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nevzorov: “Rusiya televiziyasının ən aqressiv təbliğatçı kütləsi ermənilərdir”

Nevzorov: “Rusiya televiziyasının ən aqressiv təbliğatçı kütləsi ermənilərdir”

Tarix: 17 Sentyabr 2022 18:18

"Rusiya televiziyasının əsas, ən təsirli və ən aqressiv təbliğatçı (qeyri-normativ leksika istifadə olunur - red.) kütləsi ermənilərdir".

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu rusiyalı tanınmış jurnalist Aleksandr Nevzorov teleqramda yazıb.

"Rusiya televiziyasının əsas, ən təsirli və ən aqressiv təbliğatçı (qeyri-normativ leksika istifadə olunur - red.) kütləsi ermənilərdir. Onlar Putinin pərəstişkarları, "rus dünyası" ideyalarının qızğın təbliğatçılarıdır: Simonyan, Keosayan, Babayan, Kurqinyan, Qabrelyan, Stepanyan, Qalustyan, Andresyan, Martirosyan və s. Rusiya televiziyasındakı erməni klanı indi hər şeyə qadirdir. Qeyd edək ki, onlar fürerin mövqeyini hələ də anlamadıqları üçün Ermənistan-Azərbaycan sərhədindəki qarışıqlıq haqqında kəkələməyə belə cəsarət etmirlər.

Amma!

Sabah Putinin xəstəliyi pisləşərsə, o, bir müharibənin ona bəs etmədiyinə qərar verir və dərmədeşik olmuş qoşunlarının qalıqlarını Ermənistana yönləndirərsə - bütün bu tör-töküntülər nə edəcək? Kimin tərəfində olacaq?", - o qeyd edib.

Qeyd edək ki, A.Nevzorov 1993-cü ildən 2007-ci ilədək Dövlət Dumasının deputatı olub.

O, 2012-ci ildə seçkilər dövründə həmçinin Rusiya Prezidenti Vladimir Putinin vəkili olub. Bununla belə, A.Nevzorov Rusiya hakimiyyətinin qatı müxalifətçisi, xüsusilə ölkədə böyük nüfuza sahib olan Rus Pravoslav Kilsəsinin sərt tənqidçisidir. Rusiyanın Ukraynaya təcavüzündən sonra o, rəsmi Kiyevi dəstəkləyib və İsrailə mühacirətə gedib. Eyni zamanda Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı jurnalistə Ukrayna vətəndaşlığı verib.


Etiketlər:  Nevzorov Rusiya televiziyasının aqressiv təbliğatçı kütləsi ermənilərdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ