Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağız qoxusu və saralmış dişlərdən bu üsulla qurtulun

Ağız qoxusu və saralmış dişlərdən bu üsulla qurtulun

Tarix: 18 Sentyabr 2022 14:00

Gün ərzində yeyilən yeməklər, çay, kofe, spirtli içki, siqarət və başqa səbəblərdən dişlər saralmağa başlayır. Bu, zamanla ağız qoxusunun yaranmasına və şəxsin özünü narahat hiss etməsinə səbəb olur. Bəzən istifadə olunan diş məcunları belə mümkün olan ağartını dişlərdə yarada bilmir.

Milli.Az Axşam.az-a istinadən ev şəraitində hazırlayıb tətbiq edə biləcəyiniz məcunu təqdim edir.

Tərkibi:

Aktiv kömür - ½ çay qaşığı.

Yumurta qabığı tozu - 1 yemək qaşığı 

Ərinmiş kokos yağı - 1 yemək qaşığı.

Hazırlanma qaydası:

Kömür və yumurta qabığının tozuna kokos yağını əlavə edib məcun halına gələnə qədər qarışdırın. İstifadə etməyəcəyiniz qarışımı hava keçirməyən qabda saxlayın.

Bu qarışım, xüsusən tərkibindəki kömür təkcə dişləri ağartmaqla kifayətlənmir. Ağız boşluğunda bakteriyaların yaranmasını azaldır və qoxunun əmələ gəlməsinin qarşısını alır.

Milli.Az


Etiketlər:  Ağız qoxusu saralmış dişlərdən bu üsulla qurtulun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ