Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2019 11:36
Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycan və İspaniyanın özəl şirkətləri turizm sahəsində daha intensiv əlaqələr qura bilər.
Bunu Trend-ə İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqnasio Sançes Taboada deyib.
O bildirib ki, hər iki ölkə bu cür əlaqələrin qurulmasında maraqlıdır:
"2018-ci ildə İspaniya 80 milyondan çox turist qəbul edib və ən çox səfər olunan ikinci ölkəyə çevrilib. Eyni zamanda, İspaniyaya Azərbaycandan gələn turistlərin sayı çox deyil, ildə 50 min nəfərdən azdır. Azərbaycan sənayesi indi inkişafdadır, amma ispan istehlakçısı üçün hələ də az məlum olan istiqamətdir".
İ.Sançes Taboada əlavə edib ki, iki ölkənin şirkətləri birgə əməkdaşlıqdan fayda görəcək:
"İspaniya qastronomiya sənayesində qədim, peşəkar təlim ənənələrinə malikdir, bu, Azərbaycanın artmaqda olan sənayesində istifadə edilə bilər".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin