Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2022 22:02
Şənbə günündən etibarən Ukrayna hərbçiləri Xarkov vilayətində Oskol çayının nəinki sağına, hətta sol sahilinə də nəzarət edir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə İdarəsi məlumat yayıb.
"Dünəndən Ukrayna sol sahilə də nəzarət edir", - deyə bildirilib.
Qeyd edək ki, 11 sentyabrda Ukrayna müdafiə naziri Aleksey Reznikov ordunun Oskol çayının sahilinə çatdığını və bölgələri azad etməyə davam etdiyini söyləmişdi.