Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2022 07:03
Xroniki hepatitin yüksək aktivli kəskinləşməsində xəstələrə yataq rejimi təyin edilir. Mülayim və minimal gedişli xroniki hepatitdə isə fiziki və emosional gərginliyin məhdudlaşdırılması məsləhət görülür. Kəskinləşmiş xroniki hepatit xəstələrinə aşağıdakılar əks-göstəriş sayılır:
- vaksinasiya
- insolyasiya
- isti prosedurlar
- soyuqlama.
Bunlardan başqa hepatit xəstələrinə peşə və məişət zərərlərinin aradan qaldırmaq məsləhət görülür. Hepatit xəstələrinin pəhrizi 100-200 qram zülal, 80-100 qram yağ, 400-500 qram karbohidrata malik olmalıdır. Qaraciyər ensefalopatiyasında heyvani zülalların, assitdə isə duzun miqdarı azaldılmalıdır.
Xroniki hepatit xəstələrinə xəstəliyin kəskinləşmə dövründə aşağıdakı qida məhsullarından uzaq durmaq tövsiyə edilir:
- qızardılmış və qovrulmuş qidalar
- sərt qida məhsulları
- qıcıqlandırıcı ədviyyatlar
- spirtli içkilər
- sintetık qida məhsulları
- geni dəyişdirilmiş qida məhsulları
- yağlı və gec həzm olunan qidalar.