Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2022 08:42
Ağ Ev administrasiyası Tayvan boğazında sülh və sabitliyi pozacaq açıqlama və təxribatlardan çəkinməlidir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ABŞ prezidentinin Tayvanla bağlı açıqlamasını şərhində deyib.
O bildirib ki, ABŞ Tayvanın müstəqilliyini müdafiə edənlərə yanlış ismarış göndərməməlidir:
"Tayvanla sülh yolu ilə birləşmək üçün müəyyən addımlar atmağa hazırıq".
Qeyd edək ki, Ağ Ev rəhbəri Çin və Tayvan arasında münaqişə yaranacağı təqdirdə, ölkəsinin ikincini müdafiə edəcəyini açıqlamışdı.