Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanın ən güclü teleskopu ilk dəfə Marsın şəklini çəkdi - FOTO

Dünyanın ən güclü teleskopu ilk dəfə Marsın şəklini çəkdi - FOTO

Tarix: 21 Sentyabr 2022 18:28

Dünyanın ən güclü kosmik teleskopu "James Webb" Marsın ilk şəkillərini və spektrlərini çəkib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yeni fotolar NASA-nın saytında dərc olunub.

Alimlərin fikrincə, Marsın yeni "istilik xəritəsində" sərin bölgələr - qütblər və şimal yarımkürəsi müşahidə olunur. Şəkildə onlar bənövşəyi və qırmızı rənglərlə göstərilib.

Narıncı və sarı rənglər daha isti bölgələri göstərir. Sol hissədə böyük bir sarı hissə var ki, bu, Günəşin, demək olar ki, zenitdə olduğu zamandır. Sarı rəngin içərisindəki narıncı ləkə Ellada hövzəsidir. Atmosfer effektlərinə görə daha tünd rəngdə əks olunub.

Milli.Az


Etiketlər:  Dünyanın ən güclü teleskopu ilk dəfə Marsın şəklini çəkdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ