Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ali Baş Komandan: Sentyabrın 13-də Azərbaycan Ordusu düşməni yenə də yerinə oturtdu

Ali Baş Komandan: Sentyabrın 13-də Azərbaycan Ordusu düşməni yenə də yerinə oturtdu

Tarix: 21 Sentyabr 2022 19:09

"Yəni, bizə qarşı müharibə davam edir, bizim insanlarımız həlak olur. Biz buna imkan verə bilərikmi? Heç vaxt buna imkan verə bilmərik. Ermənistanı dəfələrlə xəbərdar etmişik, bu çirkin əməllərdən əl çəksin, peşman olacaq".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, nəticə etibarilə sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu:

"Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək".

Milli.Az


Etiketlər:  Baş Komandan Sentyabrın Azərbaycan Ordusu düşməni yenə yerinə oturtdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ