Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2022 22:54
Rusiyada səfərbərliyə qarşı keçirilən aksiyaya görə 1026-dan çox adam saxlanılıb.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə "OVD-İnfo" hüquq-müdafiə təşkilatı məlumat yayıb.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, həbslər 38 şəhərdə aparılıb. Saxlanılanların əksəriyyəti Moskva (394 nəfər), Sankt-Peterburq (376 nəfər) və Yekaterinburqda (40 nəfər) olub.
Xatırladaq ki, Prezident Vladimir Putin sentyabrın 21-də Rusiyada səfərbərlik elan edib. Bundan sonra Rusiyanın demək olar ki, bütün şəhərlərində etirazlar başlayıb.