Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna ilə Rusiya arasında əsirlər dəyişdirildi

Ukrayna ilə Rusiya arasında əsirlər dəyişdirildi

Tarix: 22 Sentyabr 2022 08:50

Ukrayna ilə Rusiya arasında indiyədək ən böyük əsir mübadiləsi həyata keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin administrasiyasının rəhbəri Andrey Yermak məlumat verib.

Azad edilənlər arasında Azovstalın müdafiəçiləri, hamilə hərbçi qadınlar, 5 nəfər Ukrayna qəhrəmanı, mülki şəxslər, həmçinin əcnəbilər var.

Bunun müqabilində həbsdə olan "Müxalifət Platforması - Həyat üçün" partiyasından olan deputat Viktor Medvedçuk Rusiya tərəfinə təhvil verilib. Medvedçukla yanaşı əsirlikdə olan 55 rus əsgəri də komandanlıqlarına təhvil verilib.

Milli.Az


Etiketlər:  Ukrayna ilə Rusiya arasında əsirlər dəyişdirildi


RƏYLƏR