Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəzi ərazilərdə 35 dərəcə isti olacaq

Bəzi ərazilərdə 35 dərəcə isti olacaq

Tarix: 22 Sentyabr 2022 12:36

Sentyabrın 23-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.net-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 26-30° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.


Etiketlər:  Bəzi ərazilərdə dərəcə isti olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ