Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soyuqdəymədə südə bunu qatıb için

Soyuqdəymədə südə bunu qatıb için

Tarix: 22 Sentyabr 2022 23:15

Soyuqdəymə, öskürək, boğaz ağrısı zamanı mineral suyun qazını çıxarıb, isti süd qatıb için.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, otolorinqoloq Valeriya Qolubova xalq təbabətində bu resepti həkim kimi tövsiyə edib.
"Soyuqdəymə zamanı xəstə çox maye içməlidir. Adi su içə bilmirsə, bu mineral su, bitki çayı, süd ola bilər.

ELəcə də ilıq suya bal qatıb içsin.
Əgər allergik reaksiyanız yoxdursa, südə bal qata bilərsiz.
"Bal və süd yumşaldıcı, bəlğəmgətirici təsir edir.

Südə kərə yağı qatmaq da selikli qişaları nəmləndirir.

Xəstəliyin ilk günü minerala süd qatıb qəbul etmək bəlğəmin bronxlarda bərkiməməsinin qarşısını alır.

Öskürək tutmalarında bunu içə bilərsiz. Bir həkim olaraq, məhz bu alternativ tibb metodunun faydasını görmüşük"


Etiketlər:  Soyuqdəymədə südə bunu qatıb için


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ