Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2022 12:20
Müğənni Rəqsanə İsmayılova yeni layihəsini təqdim edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Göz önündə" adlı vlogunun ilk buraxılışını "YouTube" kanalında yayımlayıb. Onun ilk qonağı isə müğənni qızı Aysun İsmayılova olub. O, uşaqlıqda travma yaşadığı pis xatirəsindən danışıb:
"Yadımdadır ki, 2-3 yaşımda heç nəyin üstündə atam səni döymüşdü. Həmin vaxtlarda Moskvada yaşayırdıq. Onu bilirəm ki, sən özünü öldürmək istəmişdin. Xalam gəldi, səni təcili yardımla apardılar. Evdə mənə o baxdı".
Rəqsanə isə qızının dediklərini təsdiqləyib və dərman içərək intihara cəhd etmək istədiyini bildirib.