Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ankaradan Avropaya xəbərdarlıq, Asiyaya mesaj...

Ankaradan Avropaya xəbərdarlıq, Asiyaya mesaj...

Tarix: 24 Sentyabr 2022 14:20

Asiya ilə əlaqələrimizdə paradiqmatik dəyişikliklər var.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri İbrahim Kalın deyib.

"Türkiyənin Avropa Birliyinə (AB) üzvlüklə bağlı üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyi halda, AB-nin fəsilləri açmaması bizi uzaqlaşdırmaq təəssüratı yaradır. Biz AB-nin üzvlük prosesinin davam etməsini istəyirik. Türkiyə AB üzvü olmasa da, Avropa ölkələri ilə ticarətini davam etdirir və etdirəcək. AB-nin konstruktiv mövqedə olması gərəkdir. Biz ikili standartlarda qalmaq istəmirik. AB üzvlüyü Türkiyənin strateji seçimidir", - deyə Kalın bildirib.


Etiketlər:  Ankaradan Avropaya xəbərdarlıq Asiyaya mesaj


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ