Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya raket qoşunlarının rəisi Ukraynada öldürüldü

Rusiya raket qoşunlarının rəisi Ukraynada öldürüldü

Tarix: 26 Sentyabr 2022 22:00

Ukraynada daha bir yüksəkrütbəli rus zabiti öldürülüb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, söhbət Rusiya Silahlı Qüvvələrinin 35-ci birləşmiş ordusunun (62825 saylı hərbi hissə) raket qoşunları artilleriyasının rəisi, polkovnik Boris Totikovdan gedir.

Sentyabrın 25-də Ryazanda zabitlə vida mərasimi keçirilib.

Rusiya mənbələrinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Xarkova əks-hücumdan əvvəl zabitin olduğu qərargahı HİMARS raketləri ilə vurub.

Milli.Az


Etiketlər:  Rusiya raket qoşunlarının rəisi Ukraynada öldürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ