Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski bir nömrəli hədəfi açıqlayıb

Zelenski bir nömrəli hədəfi açıqlayıb

Tarix: 27 Sentyabr 2022 08:20

"Bu gün Ukrayna Silahlı Qüvvələrinin bir nömrəli hədəfi Donetsk vilayətidir. Ukrayna hərbçiləri işğalçıların fəaliyyətinin qarşısını almaq üçün hər şeyi edir".

Bunları Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində bunu deyib.

"Əsas hədəfimiz indi oradır, çünki Donbas hələ də işğalçılar üçün bir nömrəli hədəfdir", - Ukrayna Prezidenti vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti daim əsgərləri silah və sursatla təmin etmək üçün çalışır.

"Ukrayna ordusunun bütün aktiv hərəkətləri yüksək dəqiqlikli silahların istifadəsi ilə sinxronlaşdırılmalıdır. Bu, əsas prioritetlərdən biridir", - Zelenski bildirib.


Etiketlər:  Zelenski nömrəli hədəfi açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ