Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2022 12:06
ABŞ Rusiyanın işğal etdiyi əraziləri heç vaxt onun bir hissəsi kimi tanımayacaq.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.
Onun sözlərinə görə, saxta referendumlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır:
"Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla Rusiyanı məsuliyyətə cəlb etmək və Ukraynaya lazım olan müddətdə dəstək vermək üçün işləməyə davam edəcəyik. Yaxın günlərdə ictimaiyyət ABŞ-ın cavabı haqqında daha çox məlumat alacaq", - o bildirib.