Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yuxusuzluğun daha bir zərəri

Yuxusuzluğun daha bir zərəri

Tarix: 27 Sentyabr 2022 21:03

ABŞ-ın Ratqer universitetinin alimləri, uşaqlarda yuxu davamiyyətinin az olmasının qidalanmalarında qeyri-sağlam vərdişlər yaratmasını aşkar ediblər.

Tədqiqatda 8-17 yaş arası 117 min uşaq iştirak edib.

Anketləşdirilmənin köməyi ilə mütəxəssislər, qidalanma vərdişlərini, bazar günləri və həftə içi yuxu davamiyyətini, fiziki aktivliyin miqdarını qiymətləndiriblər.

Kifayət qədər yuxunun olmadığı halda 12 yaşında uşaqlar gün ərzində 9 saatdan az yatırdılar. 12 yaşdan yuxarı yeniyetmələr isə, ən azı 8 saat yatırdılar.

Nəticələr göstərmişdir ki, yuxunun kifayət qədər davamiyyətli olmaması, səhər yeməyinin vaxtını keçirmək, fast-fud qidalarından və şirniyyatdan çox miqdarda istifadə kimi vərdişlərin formalaşmasına şərait yaradır. Az yatmaq eyni zamanda fiziki aktivliyin aşağı düşməsinə səbəb olur.


Etiketlər:  Yuxusuzluğun daha zərəri


RƏYLƏR