Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ödənişli xidmətlərin dəyəri 5 milyard manatı ötüb

Ödənişli xidmətlərin dəyəri 5 milyard manatı ötüb

Tarix: 27 Sentyabr 2022 22:48

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,3 faiz artaraq 5 milyard 641,3 milyon manat
olub.

Hüquqi şəxslər tərəfindən əhaliyə 4282,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9 faizini təşkil edib.
Cari ilin yanvar-avqust aylarında hər bir ölkə sakini orta hesabla 560,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 89,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Milli.Az


Etiketlər:  Ödənişli xidmətlərin dəyəri 5 milyard manatı ötüb


RƏYLƏR