Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2022 23:00
Qazaxıstana gedən bir sıra Rusiya vətəndaşları birbaşa Rusiya-Qazaxıstan sərhədində çağırış vərəqələri almağa başlayıblar.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, artıq sərhəd nəzarəti əməkdaşlarının əlində hərbi xidmətə çağırılan şəxslərin siyahıları var.
"Siyahıdakı şəxs sərhədə gələrsə, o, yaxınlıqdakı hərbi komissarlığın çağırış vərəqəsini verən əməkdaşı əraziyə gələnə qədər saxlanılır", - Çelyabinsk vilayəti hökumətinin mətbuat xidmətindən bildirilib.
Bundan əvvəl, Gürcüstana getmək istəyən rusiyalılara da sərhəddə çağırış vərəqələrinin verilməsinə başlanılıb.