Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğanla Putin Ukraynanı müzakirə edib

Ərdoğanla Putin Ukraynanı müzakirə edib

Tarix: 29 Sentyabr 2022 21:54

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasından məlumat verilib. Məlumata görə, söhbət zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr dəyərləndirilib.

Prezident Ərdoğan uzun müddətdir üzərində çalışdıqları Rusiya-Ukrayna əsir mübadiləsinin uğurla başa çatmasından və Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə hazırladıqları İstanbul sazişinin fəaliyyətindən məmnunluğunu ifadə edib.

Noyabrda başa çatacaq mexanizmin uzadılmasının ortaq maraqlara xidmət etdiyini bildirən Prezident Ərdoğan, Rusiya gübrələrinin və taxıl məhsullarının fasiləsiz ixracı üzərində işləri davam etdirdiklərini deyib. Dövlət başçısı daha müsbət irəliləyişlərə yol açmaq üçün gərginliyin azaldılması istiqamətində addımların atılmasının lazım olduğunu və Rusiyadan məhz belə addımların gözlənildiyini vurğulayıb. Rusiya prezidentinə Ukrayna ilə danışıqlara başlamağa çağırış edən Ərdoğan bu prosesdə yardımçı rol oynamağa hazır olduqlarını qeyd edib.

Milli.Az


Etiketlər:  Ərdoğanla Putin Ukraynanı müzakirə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ