Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan: ''Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün substantiv danışıqlara başlamaq lazımdır''

Paşinyan: ''Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün substantiv danışıqlara başlamaq lazımdır''

Tarix: 30 Sentyabr 2022 21:24

"Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün substantiv danışıqlara başlamaq lazımdır".

Milli.Az "report"a istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan televiziyaya müsahibəsində deyib.

"Biz əldə olunmuş razılaşmalardan əl çəkmirik. Yaxın günlərdə xarici işlər nazirimiz azərbaycanlı həmkarı ilə görüş keçirəcək. Əvvəllər qeyd etdiyimiz kimi, sazişin mətninin hazırlanması üzrə danışıqlara başlanılmalıdır", - Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, bu gün danışıqlar masasında heç bir sənəd yoxdur:

"Müəyyən bir mətnin olması arzuolunan olardı. Bu, o demək olardı ki, iş irəliləyib".

Milli.Az


Etiketlər:  Paşinyan Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün substantiv danışıqlara başlamaq lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ