Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Rəhim ölüb ey, Röya" - FOTO

Tarix: 30 Sentyabr 2022 22:25

Aparıcı Sərxan Kərəmoğlu xalq artisti Röya Ayxanın mərhum sənətçi Rəhim Rəhimlinin vəfatıyla bağlı paylaşımına münasibət bildirib.

Milli.Az xəbər verir ki, o, sosial şəbəkədə Röyanın R.Rəhimlinin ölümü haqda ancaq instaqramın hekayə bölməsində paylaşım etməsini doğru hesab etmədiyini yazıb:

"Səni sevdiyimi bilirsən. Rəhimi sən gǝrǝk hekayə bölümündə yox, əsas səhifəndə paylaşardın. Rəhim Rəhimlini biz sizə görə tanıdıq. Sizin aranızda ola bilsin soyuqluq var idi, amma bütün bunlar ona dəlalət etmir ki, ən əziz günləri unudasınız. Nədənsə ümumilikdə anasından və ailəsindən xəbərsizlər tanınmışların səhifələrində yer alır, amma dostlar yox. Niyə? Səhifəni çoxmu gördün dostuna? Bütün Azərbaycana "Röya, səni sevirəm" deyən Rəhim ölüb ey, Röyam. İncimə məndən, səni sevirəm. Sən şəxsiyyət olmasaydın yazmazdım".

Milli.Az


Etiketlər:  Rəhim ölüb ey Röya FOTO


RƏYLƏR