Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2022 11:24
Türkiyənin İstanbul şəhərində Milliyətçi Hərəkat Partiyasının (MHP) üzvü silahlı hücuma məruz qalıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, insidentin videogörüntüsü ərazidəki təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Erkan Hançer adlı MHP üzvü bazardan çıxıb avtomobilinə əyləşməyə hazırlaşdığı vaxt ona hücum edilib.
Güllə yarası alan Erkan Hançer xəstəxanaya yerləşdirilib. Hazırda onun həkimlərin nəzarəti altında olduğu bildirilir.
Hələlik, cinayətin motivi barədə heç bir məlumat verilmir.