Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dərin yuxuya getmək istəyənlər üçün - Məsləhətlər

Dərin yuxuya getmək istəyənlər üçün - Məsləhətlər

Tarix: 1 Oktyabr 2022 23:33

Avstraliyalı dietoloqlar yuxu problemi yaşayan insanlara faydalı gələcək qidanı açıqlayıblar.

Medicina.az xəbər verir ki, aparılan araşdırmalara görə, badam yemək insanın yuxu sistemini düzəldir. Həkimlər yatmazdan qabaq bir neçə ədəd badam yeməyi məsləhət bilirlər. Kofein tərkibli maye qəbul etməyi isə tövsiyə etmirlər.

Mütəxəssis Sepel dərin yuxu yatmaq istəyənlər üçün başqa tövsiyələr də verib:

"Yumşaq yastıq, rahat yataq mütləq olmalıdır. Kofein qan dövranında 8 saat qaldığı üçün insanın yuxuya getməsinin qarşısını alır. Axşam yeməyindən sonra şirniyyat qəbulu yuxunu məhv edən qidalar sırasındadır. Yeməyin ardından və yatmazdan qabaq mütləq bir neçə ədəd badam yeyilməlidir".


Etiketlər:  Dərin yuxuya getmək istəyənlər üçün Məsləhətlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ