Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Futbolda dəhşət yaşandı: 127 nəfər öldü - VİDEO

Futbolda dəhşət yaşandı: 127 nəfər öldü - VİDEO

Tarix: 2 Oktyabr 2022 09:06

İndoneziyanın Malanq şəhərində stadionda baş verən iğtişaşlar nəticəsində azı 127 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölənlər arasında iki polis əməkdaşı da var.

Qeyd olunub ki, iğtişaşlar "Arema" və "Persebaya" futbol komandaları arasında keçirilən oyundan sonra başlayıb.

Polis əməkdaşlarının fanatlara qarşı gözyaşardıcı qazdan istifadə etməsi çaxnaşma və izdihama səbəb olub.

Vurğulanıb ki, Kanjuruhan stadionunda baş verən iğtişaşlarda 180 nəfər yaralanıb. Onlar xəstəxanalara yerləşdiriliblər.

Milli.Az


Etiketlər:  Futbolda dəhşət yaşandı 127 nəfər öldü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ