Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2022 14:52
Bakının Nizami rayonunda ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxılan 4 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, 2018-ci il təvəllüdlü azyaşlı yaşadığı mənzilin eyvanından yıxılıb.
Ağır xəsarətlər alan uşaq təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin təfərrüatı araşdırılır.