Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağciyərləri təmizləyən qidalar

Ağciyərləri təmizləyən qidalar

Tarix: 2 Oktyabr 2022 16:21

Qeyri-sağlam qidalanma, hərəkətsizlik, genetik və ətraf mühit faktorları ağciyərlərin zamanla zədələnməsinə səbəb olur. Araşdırmalar göstərir ki, bəzi qidalar ağciyərləri gücləndirir və təmizləyir. 

Sonxeber.net Axşam.az-a istinadən ağciyər sağlamlığına yaxşı gələn qidaları təqdim edir. 

Zəncəfil - sarıkök: İltihab əleyhinə təsirə malik olan bu ədviyyatlar tənəffüs sistemindəki toksinlərin çıxarılmasına və ağciyərlərin təmizlənməsinə kömək edir.

Sarımsaq: Təbii antibiotik olan sarımsaq ağciyərlərin nizamlı işləməsini təmin edir və ağciyər xərçənginə qarşı qoruyucu təsir göstərir.

Kəklikotu: Tərkibindəki efir yağları sinədə yaranan tıxanmanın qarşını alır. Öskürək, yuxarı tənəffüs yollarının iltihabının və bakteriyaların yaranmasının qarşısının alır. 

Qara kök: Öskürəyə təsir göstərir və bəlğəmin ciyərlərdən atılmasını sürətləndirir. Tərkibindəki vitamin və minerallar ağciyər xərçəngi riskini azaldır.

Üzüm toxumu: Toxumları çeynəməklə istehlak etmək lazımdır. Radikallarla mübarizə apararaq ağciyərləri qoruyur. 

Kərəviz: Kanserogen maddələrin, ağciyərlərdə meydana gələ biləcək digər xəstəliklərə qarşı təsirlidir. 


Etiketlər:  Ağciyərləri təmizləyən qidalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ